Meridian-2014 şirkəti FREDERIQUE CONSTANT, ORIENT, İNGERSOLL, CASIO, Q&Q, AMALYS, JACQUES LEMANS, MORELATTO markalarının Azərbaycanda rəsmi distributorudur.
Meridian-2014 qol saatlarının Azərbaycanda topdan, korporativ və pərakəndə satışını həyata keçirir. Təmsil etdiyimiz brendlərin ən son yeniliklərini geniş auditoriyaya əlçatan etməyi əsas məqsəd bilirik.
Mağazalarımız beynəlxalq markaların müasir konseptlərinə uyğun şəkildə inşa olunmuş və rəsmi satış nöqtəsi kimi marka tərəfindən təsdiq edilmişdir.
Rəsmi onlayn mağazamız – shopcasio.meridian.az – 7/24 müştəri xidmətləri təqdim edir.
Azərbaycan üzrə rəsmi nümayəndə statusumuz, markalardan birbaşa və operativ şəkildə məlumat almağımıza imkan yaradır. Müştəri məmnunluğunu və xidmət keyfiyyətini artırmaq məqsədilə mütəmadi olaraq həm yerli, həm də beynəlxalq mütəxəssislərin iştirakı ilə təlimlər təşkil olunur. Təlimlər zamanı brendlərin tarixi, fəlsəfəsi və texnoloji üstünlükləri barədə dərin biliklər paylaşılır. Məqsədimiz əməkdaşlarımızın bilik və bacarıqlarını davamlı artırmaq, istedadları üzə çıxararaq düzgün istiqamətdə inkişaf etdirməkdir.
Satış, marketinq və B2B sahələrində karyerasına yeni başlayan gənclər üçün xüsusi təcrübə proqramı hazırlanmışdır.
Həmçinin, tərəfdaş və dilerlərimizlə bilik və təcrübəmizi bölüşərək potensial müştəri cəlb etmə strategiyalarını paylaşırıq. İstər kiçik, istərsə də iri biznes nümayəndələrinə fərdi yanaşma ilə yanaşırıq. Gənc, kreativ və yüksək peşəkarlığa malik menecerlərimiz müştərilərimizin qarşılaşdığı çətinlikləri operativ şəkildə həll etməyi qarşısına məqsəd qoyur.
Sadalanan bütün bu amillər şirkətimizi əməkdaşlıq üçün sahəsində ən cəlbedici tərəfdaşa çevirir.
Bundan əlavə, ölkənin ən yaradıcı gənclərinə – musiqiçilərə, rəqqaslara, idmançılara və digər yaradıcı sahə nümayəndələrinə dəstək olaraq müxtəlif layihələrə imza atırıq.