AMALYS Brendindən Unudulmaz Tədbir

AMALYS Brendindən Unudulmaz Tədbir

İncə Zövq və Sosial Mesaj Bir Arada
Yaxın günlərdə Azərbaycanda rəsmi distribütoru olduğumuz AMALYS brendinə həsr olunmuş xüsusi bir tədbir baş tutdu. Zərifliyi və incəliyi ilə tanınan bu Belçika brendi üçün təşkil etdiyimiz bu gecə həm unikal atmosferi, həm də dəyərləri ilə seçildi.

Tədbirdə ölkəmizin tanınmış blogerləri, əməkdaşlıq etdiyimiz diler mağazalarının nümayəndələri və digər seçilmiş qonaqlar iştirak edirdi. Gecənin əsas qonağı isə heç şübhəsiz brendin qurucusu Adrian Voisin oldu. Onun tədbirə şəxsən qatılması bizim üçün böyük qürur idi.

Adrian Voisin öz çıxışında AMALYS brendinin dəyərlərindən, zərif dizayn fəlsəfəsindən və sosial məsuliyyət yanaşmasından danışaraq, həm markaya olan marağı artırdı, həm də təşəkkürlərini bildirdi. Bu çıxış qonaqlar tərəfindən böyük maraqla qarşılandı.

Gecəyə özəl hazırlanmış AMALYS saatlarının əllə çəkilmiş rəsmləri üzərində Adrian Voisinin şəxsən imza atması isə tədbirin ən yaddaqalan anlarından biri oldu. Bu hədiyyələr hər bir qonaq üçün xüsusi bir xatirəyə çevrildi.

Tədbirə xüsusi hazırlanmış tort da gecənin simvolik anlarından biri oldu. Adrian Voisin tortu şəxsən kəsərək bu əlamətdar günü bizimlə birlikdə qeyd etdi. Əyləncə də unudulmadı – tədbir zamanı təşkil olunan lotoreyada bir iştirakçıya AMALYS saatı hədiyyə olundu, bu isə gecəyə həyəcan və sevinc qatdı.

Ümumilikdə, bu tədbir AMALYS brendinin ruhunu və dəyərlərini hiss etdiyimiz bir an oldu. Qonaqlar markanın sadəcə estetik baxımdan deyil, həm də sosial və etik yanaşması ilə nə qədər dəyərli olduğunu daha yaxından tanıdılar.

Bu cür görüşlər, markamızla daha güclü bağlar qurmaq və AMALYS-in Azərbaycandakı yolçuluğunu daha geniş auditoriyaya tanıtmaq baxımından olduqca önəmlidir.