2024-cü ilin iyul ayında Bakının "Test and Training" mərkəzində keçirilən "Drive Show Baku" tədbiri, avtomobil həvəskarları üçün unudulmaz anlarla yadda qaldı. Peşəkar drift şouları, "time attack" yarışları və tüninq olunmuş avtomobillərin nümayişi ilə dolu olan bu tədbirdə, biz — CASIO-nun rəsmi distribütoru olaraq, EDIFICE brendi ilə fəxrlə iştirak etdik və öz stendimizi qurduq.
EDIFICE stendimizdə, ziyarətçilər brendin sürət, dəqiqlik və texnoloji üstünlüklərini əyani şəkildə təcrübə etdilər. Xüsusi interaktiv zonalar, məhsul nümayişləri və hədiyyəli müsabiqələrlə dolu olan stendimiz, festivalın ən çox ziyarət edilən məkanlarından biri oldu.
Tədbirin əsas hissəsində, peşəkar sürücülər tərəfindən nümayiş etdirilən drift şouları və "time attack" yarışları izləyicilərə adrenalin dolu anlar yaşatdı. Yarışın qalibi, nəzərdə tutulmuş treki 45 saniyədə başa vuran Amin Səfiquliyev oldu. Tuning mərhələsində isə ən yaxşı görkəmə malik avtomobil seçilərək mükafatlandırıldı. Bu tədbir, avtomobil idmanının inkişafına və yerli həvəskarların bir araya gəlməsinə böyük töhfə verdi.
EDIFICE olaraq, bu cür tədbirlərdə iştirak etməklə texnologiya və sürətin birləşdiyi platformalarda yer almağa və gənc nəsillə birbaşa ünsiyyət qurmağa böyük önəm veririk. "Drive Show Baku"da iştirakımız, brendimizin enerjili və dayanıqlı ruhunu bir daha nümayiş etdirmək üçün əla bir fürsət oldu.
Gələcəkdə də bu kimi tədbirlərdə iştirak etməyi və texnologiya həvəskarları ilə bir araya gəlməyi səbirsizliklə gözləyirik.