2025-ci il mayın 9-da 28 Mall-da yerləşən G-SHOCK | CASIO mağazasında G-SHOCK Fan Event baş tutdu və bu tədbirə 180-dən çox fan qatıldı. Dinamik atmosfer, interaktiv bölmələr və eksklüziv təqdimatlarla yadda qalan bu gün, G-SHOCK brendinin ruhunu sevən hər kəs üçün unudulmaz anlarla dolu idi.
Tədbiri, G-SHOCK tədbirlərinin daimi aparıcısı olan əməkdaşımız cənab Abbas açdı. O, gələcək GA-V01 modelinin xüsusiyyətləri və yeni Bluetooth modelləri — GBD-200, GA-010 və GD-010 haqqında ətraflı məlumat verdi. Daha sonra isə “Iconic Style Tarixi” adlı təqdimatla G-SHOCK-un dizayn təkamülünü və ikonik mərhələlərini qonaqlarla bölüşdü.
Brendin dayanıqlıq ruhunu göstərmək məqsədilə əməkdaşımız cənab Fərhad buz parçalarını sındıraraq "crash test" nümayiş etdirdi. Fanlar da bu nümayişə qoşularaq buz sındırma prosesində aktiv iştirak etdilər və tədbirin həyəcanını daha da artırdılar.
Tədbirin əsas hissəsi olan Blind Box oyunu isə iştirakçılar üçün əsl sürpriz oldu. Yalnız əvvəlcədən qeydiyyatdan keçmiş qonaqların qatıldığı bu oyunda iştirakçıların gözləri bağlanaraq əlcək geydirildi və model kodlarını tapmaq üçün qutuda axtarışa başladılar. Doğru model kodunu tapanlar həmin modeli hədiyyə olaraq qazandılar.
Bununla yanaşı, tədbirdə iştirak edən hər bir qonağa 30% endirim kuponu təqdim olundu. Hər kupon iki hissədən ibarət idi — biri bizdə saxlanıldı, digəri isə müştəriyə verildi. Tədbirin sonunda həmin kuponların iştirakı ilə lotereya keçirildi və bir şanslı iştirakçı G-SHOCK saatı qazandı. Digərləri isə xüsusi hədiyyə qutularına sahib oldular.
Tədbirin uğurla keçirilməsində əməyi olan əməkdaşlarımız – cənab Elgün, cənab Sənan, cənab Abbas, cənab Fərhad, xanım İlknur, xanım Leyla, xanım Fətimə, xanım Nura və xanım Məsuma, eləcə də G-SHOCK ambassadorumuz, DJ və prodüser Vugarıxx tədbirə xüsusi rəng qatdılar.
G-SHOCK Fan Event bir daha sübut etdi ki, bu brend sadəcə bir saat deyil – bu, bir həyat tərzidir! Dayanıqlıq, yenilik və əsl fan ruhu ilə dolu bu gün üçün hər kəsə təşəkkür edirik. Yeni tədbirlərdə görüşmək ümidi ilə!