2025-ci ilin ən gözlənilən oyun və texnologiya tədbirlərindən biri olan GAME SUMMIT Azərbaycan bu il də böyük maraq və coşqu ilə baş tutdu. Oyun dünyasının ən son yenilikləri, texnoloji trendlər və müxtəlif interaktiv bölmələrə ev sahibliyi edən bu layihə, oyun həvəskarlarını bir araya gətirərək unudulmaz anlar yaşatdı.
CASIO G-SHOCK brendi olaraq, biz də bu möhtəşəm layihədə fəal iştirak etdik. 3 gün davam edən GAME SUMMIT zamanı öz stendimizi quraşdıraraq oyunçular və ziyarətçilərlə birbaşa ünsiyyət imkanını yaratdıq. Stendimizdə G-SHOCK-un məşhur və yenilikçi modelləri nümayiş olundu, brendimizin dayanıqlılığı və texnoloji üstünlükləri barədə ətraflı məlumat verdik. İştirakçılarla səmimi söhbətlər apararaq onların suallarını cavablandırdıq və G-SHOCK-un yalnız bir saatdan ibarət olmadığını, həm də həyat tərzini əks etdirdiyini vurğuladıq. İştirakçılar ən yeni G-SHOCK modelləri ilə yaxından tanış oldular.
Tədbir zamanı həmçinin oyun dünyasında baş verən yenilikləri yaxından izləmək fürsəti qazandıq. Yeni çıxan oyunlar, innovativ texnologiyalar və maraqlı təqdimatlar iştirakçıların böyük marağına səbəb oldu. Xüsusi cosplay nümayişləri isə tədbirə əlavə rəng qatdı — iştirakçılar sevdikləri oyun qəhrəmanlarının obrazına daxil olaraq əsl əyləncə və kreativlik nümayiş etdirdilər.
GAME SUMMIT-də iştirakımız G-SHOCK-un gənc nəsil və texnologiya sevərlə birbaşa ünsiyyət qurmaq üçün əla bir platforma oldu. Bu cür tədbirlər bizə brendimizi daha geniş auditoriyaya tanıtmaq, oyunsevərlərlə əlaqələri möhkəmləndirmək və yeni trendləri izləmək imkanı verir.
Gələcəkdə də bu cür böyük və əhəmiyyətli layihələrdə iştirak etməyi, həm G-SHOCK brendinin gücünü göstərməyi, həm də oyun dünyasının heyətinə qoşulmağı səbirsizliklə gözləyirik.
GAME SUMMIT 2025-də bizimlə olan bütün iştirakçılara və təşkilatçılara təşəkkür edir, gələn illərdə yenə görüşmək ümidilə!