“OMUR KOMUR KIMI” FAN EVENT

“OMUR KOMUR KIMI” FAN EVENT

2024-cü il avqustun 11-də EGP Arenada G-SHOCK ambassadorumuz Mr. Paster ilə birlikdə təşkil etdiyimiz "Ömür Kömür Kimi" adlı Fan Event böyük coşqu ilə baş tutdu. Bu möhtəşəm tədbirə 3.500-dən çox fan qatıldı və G-SHOCK-un enerjisini, dayanıqlılığını və fərqli stilini birlikdə yaşadıq.

Fan zonasında iştirakçılarla birbaşa ünsiyyət quraraq G-SHOCK modellərimiz haqqında ətraflı məlumat verdik. Dinamik və interaktiv yanaşmamız sayəsində qonaqlar həm öyrəndi, həm də əyləndi. Tədbirdə komandamızdan Nura xanım, Turana xanım, Xəyalə xanım, Fətimə xanım, Abbas bəy, Fərhad bəy və Əli bəy iştirak edirdi və hər biri ziyarətçilərlə yaxından maraqlanaraq onlara brendin ruhunu hiss etdirdi.

Tədbir zamanı ambassadorumuz Mr. Paster-ə ikonik modellərimizdən biri hədiyyə edildi. O, G-SHOCK loqolu köynəkləri imzalayaraq fanlara təqdim etdi. Bununla yanaşı, brendə məxsus açarlıq və qələmlər də paylandı. Fanlar stendimizdə sərgilənən saat modellərinə xüsusi maraq göstərərək onları yaxından tanımağa can atırdılar.

Tədbir ərzində iştirakçılara xüsusi hədiyyələr də təqdim olundu və hər kəs öz evinə G-SHOCK xatirəsi ilə döndü. “Ömür Kömür Kimi” Fan Event bir daha sübut etdi ki, G-SHOCK həyatın ritmini tutan güclü bir ruhdur.

Bu enerjili gündə bizimlə olan hər kəsə təşəkkür edirik.