Watches & Wonders Geneva 2025: Saat sənətinin ürəyində yaşanan unudulmaz anlar

Watches & Wonders Geneva 2025: Saat sənətinin ürəyində yaşanan unudulmaz anlar

Geneva şəhəri bu günlərdə təkcə gözəl mənzərələri və səssiz küçələri ilə deyil, həm də dünyanın ən nüfuzlu saat sərgisi — Watches & Wonders 2025 ilə nəfəs alırdı. Biz də MERIDIAN 2014 ailəsi olaraq bu möhtəşəm tədbirə qatılmaq üçün Azərbaycandan yola çıxmışdıq. Daha şəhərə qədəm qoyan kimi hər addımda sərginin ab-havası hiss olunurdu — vitrinlər, küçə afişaları və diqqətlə hazırlanmış dekorasiyalar adama elə hiss verirdi ki, sanki bütün şəhər bir saat sənəti nağılına çevrilib.

Bu tədbirin sadəcə bir sərgi olmadığını, əslində bir mədəniyyət, bir zəhmət və ruhun təqdimatı olduğunu yerindəcə gördük. Watches & Wonders, saat dünyasının təkcə yeni modellərini deyil, həm də onların arxasında dayanan irsi, texniki ustalığı və sənət nümunələrini bir araya gətirən ən möhtəşəm platformadır.

Sərgi salonlarında gəzdikcə, hər stend sanki miniatür bir dünya kimi idi. Hər biri öz tarixini, fəlsəfəsini və ruhunu danışırdı. Biz də bu ziyarəti videoya çəkib izləyicilərimizə çatdırmaq istədik — çünki saat sənəti yalnız baxmaq üçün deyil, hiss etmək üçündür.

İlk olaraq Grand Seiko stendinə baş çəkdik. Geneva sərgisində Swiss Made olmayan yeganə brend idi və məhz bu fərqliliyi ilə diqqət çəkirdi. Made in Japan olan Grand Seiko, texniki dəqiqliyi və zərif dizaynı ilə sanki kiçik bir Yaponiyanın hissini yaşadırdı.

Daha sonra Panerai stendində italyan estetikası və sualtı irsin necə möhtəşəm təqdim edildiyini gördük. Professional dərinlik saatları, funksional dizaynlar və texnoloji mexanizmlərlə Panerai öz sinifini bir daha sübut etdi.

Aviasiya və kosmos həvəskarlarının sevimlisi Bell & Ross stendi isə bizi xüsusi bir jet maketi və 70 saatlıq güc rezervini nümayiş etdirən mexanizmi ilə qarşılayırdı. Aviasiya saatlarının ruhu burada tam fərqli yaşayırdı.

Dənizçilik irsi üzərində qurulmuş Ulysse Nardin markasının stendində isə həm klassik Swiss watch dizaynları, həm də innovativ texnologiyaların vəhdəti ilə tanış olduq. Dənizdən saat sənətinə gələn zəriflik və dəqiqlik burada özünü bütün detallarda göstərirdi.

Növbəti dayanacağımız Montblanc stendi oldu. Sanki Montblanc dağının ətəyində yerləşən dağ evini xatırladan bu məkanda yalnız saatlar deyil, hər biri sənət əsəri olan qələmlər də sərgilənirdi.

Sərginin ən böyük saat mexanizmini də burada gördük. Real ölçülü bu mexanizm izləyiciləri heyran qoyur, texniki təqdimat isə sərginin ən təsirli anlarından biri kimi yadda qalırdı.

IWC stendində isə texnologiya və interaktivlik ön planda idi. Canlı mexanizm nümayişləri, izləyicilərlə qurulan əlaqə və maraqlı detallar bu markanı fərqləndirən əsas məqamlardan oldu.

Sonda isə Hublot stendində futuristik dizaynlar, texnoloji yeniliklər və qeyri-adi materiallardan hazırlanan saatlarla tanış olduq. Sərginin ən çox maraq doğuran brendlərindən biri idi və bu enerji salonun hər küncündə hiss olunurdu.

Bu sərgi bizim üçün sadəcə izləmək yox, yaşamaq, hiss etmək təcrübəsi oldu. Ümid edirik ki, sizinlə paylaşdığımız bu video və bloq yazısı ilə bu ruhu siz də hiss edə bildiniz. Saat sənəti — sadəcə zaman ölçmək deyil, tarixə toxunmaq, mədəniyyəti yaşamaq və anı dəyərli etməkdir.

Biz də hər kəsə belə möhtəşəm tədbirlərdə iştirak etməyi və bu sənətin ruhunu yerindəcə yaşamağı arzulayırıq. Çünki saat — sadəcə bir aksesuar deyil, bir hekayədir.

MERIDIAN 2014https://www.youtube.com/watch?v=uVnDOhPlM38&t=8s